“Xarı Bülbül Şuşa” Çağırış kuboku ilə vidalaşıb

Xəbərlər
30 Noyabr 2023 00:14
428
“Xarı Bülbül Şuşa” Çağırış kuboku ilə vidalaşıb

Kişi voleybolçulardan ibarət Azərbaycanın “Xarı Bülbül Şuşa” klubu bu gün Çağırış kubokunda mübarizəni dayandırıb.

İdman.biz xəbər verir ki, Ziya Rəcəbovun komandası 1/16 final mərhələsinin cavab qarşılaşmasında Yunanıstan “Panatinaikos”unun qonağı olub.

Bakıda keçirilən ilk oyunda 0:3 hesabı ilə uduzan “Xarı Bülbül Şuşa” səfərdə də rəqibi ilə bacarmayıb. Təmsilçimizin gücü bir setdə qələbə qazanmağa çatıb. Yekunda 3:1 hesabı ilə üstün olan meydan sahibləri növbəti mərhələyə yüksəliblər.

Çağırış kuboku

1/16 final, cavab oyunu
29 noyabr
22:30. “Panatinaikos” (Yunanıstan) – “Xarı Bülbül Şuşa” (Azərbaycan) - 3:1 (25:16, 25:12, 23:25, 25:16)

Hakimlər: Kristian Botezatu (Rumıniya), Fransisko Moratilla (İspaniya)
Afina. "Qazqas"
İlk oyun - 3:0

Qeyd edək ki, “Xarı Bülbül Şuşa” turnirin 1/32 finalının hər iki oyununda “Spartak”ı (Slovakiya) məğlub edib.

İdman.biz