Yüksək Liqada III turun təqvimi açıqlanıb

Xəbərlər
27 Noyabr 2023 17:56
296
Yüksək Liqada III turun təqvimi açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlarının keçirilmə vaxtı açıqlanıb.

İdman.biz xəbər verir ki, Yüksək Liqada III turun qarşılaşmaları noyabrın 28-29-da baş tutacaq.

İlk oyun günündə 2 matç keçiriləcək. Öncə saat 15:00-da “Milli Aviasiya Akademiyası” “Abşeron”la üz-üzə gələcək. 3 saat sonra “Gəncə” UNEC-in qonağı olacaq.

Noyabrın 29-da isə turun son matçı “Azərreyl” və “Murov Az Terminal” arasında olacaq. Görüş saat 15:00-da başlayacaq.

Qeyd edək ki, hər üç oyun Bakıda GİN-nin Voleybol Mərkəzində keçiriləcək.

İdman.biz