U-18 yığmamız seçmə mərhələsini məğlubiyyətlə başa vurub

Xəbərlər
26 Noyabr 2023 15:44
226
U-18 yığmamız seçmə mərhələsini məğlubiyyətlə başa vurub

Yığmamız 18 yaşadək voleybolçu qızlar arasında keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) turnirində çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın son turunda milimiz Gürcüstan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma rəqib komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Avropa çempionatının seçmə mərhələsinə vəsiqə uğrunda Azərbaycanla yanaşı, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşa yığmaları mübarizə aparıblar.

Qeyd edək ki, millimiz bütün oyunlarda məğlub olub.

26 noyabr
VI tur
Azərbaycan - Gürcüstan 0:3 (11:25, 9:25, 12:25)