Qadınlardan ibarət voleybol klublarımız avrokuboklara qatılmayacaq

Xəbərlər
11 İyul 2025 12:31
56
Qadınlardan ibarət voleybol klublarımız avrokuboklara qatılmayacaq

Azərbaycanın qadın voleybolçulardan ibarət klubları bu mövsüm avrokuboklarda iştirak etməyəcəklər.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a ötən mövsüm Yüksək Liqanın mükafatçıları olmuş komandalardan məlumat verilib.

"Azerreyl" Yüksək Liqanın qalibi olub. "Abşeron" gümüş, "Milli Aviasiya Akademiyası" isə bürünc medallara sahib çıxıb.

Kişilərdə ötən mövsüm qızıl medal qazanmış "Azerreyl"in Çempionlar Liqasında, bürünc mükafatçı "Xilasedici"nin isə Çağıırış Kubokunda (Challenge Cup) mübarizə aparacağı dəqiqləşib.

İdman.biz