Azərbaycan millisi macarlara məğlub olub

Xəbərlər
15 İyun 2025 20:05
65
Azərbaycan millisi macarlara məğlub olub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasında növbəti matçını keçirib.

İdman.biz xəbər verir ki, yığmamız GİN-in Voleybol Mərkəzində Macarıstan seçməsi ilə qarşılaşıb.

Oyun qonaqların qələbəsi ilə başa çatıb.

Avropa Gümüş Liqası
18:00. Azərbaycan - Macarıstan 1:3

Bakı, GİN-in Voleybol Mərkəzi

Qeyd edək ki, daha əvvəl Gürcüstana 3:0 hesabı ilə qalib gələn Azərbaycan yığması İsveç və Lüksemburqa eyni hesabla uduzub.

İdman.biz