Azərbaycan Yüksək Liqası: Açılış matçında “Azərreyl” qalib gəlib - YENİLƏNİB

Xəbərlər
15 Dekabr 2025 19:16
109
Azərbaycan Yüksək Liqası: Açılış matçında “Azərreyl” qalib gəlib - YENİLƏNİB

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura start verilib.

İdman.Biz-in məlumatına görə, ilk oyun günündə “Azərreyl” “Gənclər”ə 3:0 (25:16, 25:15, 25:12) hesabı ilə qalib gəlib.

Görüş Abşeron Olimpiya İdman Kompleksində keçirilib.

Tura dekabrın 17-də yekun vurulacaq.

09:55

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeddinci tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

“Gənclər” komandası “Azərreyl”lə üz-üzə gələcək. Görüş Abşeron Olimpiya İdman Kompleksində, saat 17:00-da başlayacaq.

Qeyd edək ki, tura dekabrın 17-də yekun vurulacaq.

İdman.Biz