Azərbaycan millisi Avropa Gümüş Liqasına hazırlaşır - FOTO

Xəbərlər
6 May 2025 19:39
23
Azərbaycan millisi Avropa Gümüş Liqasına hazırlaşır - FOTO

Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasına hazırlıqlara start verib.

İdman.biz xəbər verir ki, komanda baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə bu gün GİN-in Voleybol Mərkəzində ilk məşqinə çıxıb.

Bakıda təşkil olunan məşqlərə yığmanın əsas heyət oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar. Millimiz Avropa Gümüş Liqasında ilk oyunlarını iyunun 6-da və 8-də İsveçdə keçirəcək. Rəqiblərimiz meydan sahibi və Gürcüstan komandası olacaq.

İkinci tur iyunun 13-15-də Bakıda təşkil olunacaq. Millimiz Lüksemburq və Macarıstan yığmaları ilə qarşılaşacaq. İyun 20-22-də Farer adalarında təşkil olunacaq son turda isə millimiz ev sahibi ilə yanaşı, Avstriya yığmasına qarşı oynayacaq.

İdman.biz