Kişi voleybolçular arasında Yüksək Liqada növbəti turun oyun cədvəli bəlli olub.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yüksək Liqada III turun qarşılaşmaları dekabrın 17-18-də keçiriləcək. Dekabrın 17-də GİN-in Voleybol Mərkəzində “Neftçi” MOİK-lə üz-üzə gələcək.
Bir gün sonra isə turun daha iki oyunu keçiriləcək. FHN-in idman zalında “Xilasedici” “Azərreyl”i qəbul edəcək. Kişilərin birinciliyində ilin son oyunu Sumqayıt OİK-də “Gənclər” və “Murov Az Terminal” arasında olacaq.
Yüksək Liqa (kişilər)
III tur
17 dekabr
15:00. “Neftçi” - MOİK
GİN-in Voleybol Mərkəzi
18 dekabr
15:00. “Xilasedici” - “Azərreyl”
FHN-in idman zalı
16:00. “Gənclər” - “Murov Az Terminal”
Sumqayıt OİK
İdman.biz