Latviyanın Daugavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.
İdman.biz xəbər verir ki, 20-25 noyabr tarixlərində baş tutacaq çempionatda 6 ölkənin milli komandası mübarizə aparacaq. Şahin Çatmanın rəhbərlik edəcəyi millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.
“AVRO-2024”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Emin Ağa
İdman.biz