"Qarabağ" və "Zirə" üz-üzə

Xəbərlər
30 İyun 2025 09:50
37
"Qarabağ" və "Zirə" üz-üzə

Azərbaycanı avrokuboklarda təmsil edəcək "Qarabağ" və "Zirə" komandaları bu gün yoxlama oyunu keçirəcəklər.

İdman.biz xəbər verir ki, fasilədən sonra baş tutacaq qarşılaşma "Azərsun Arena"da təşkil olunacaq.

Görüş saat 18:00-da start götürəcək.

Yoxlama oyunu
30 iyun
18:00. “Qarabağ” – “Zirə”

"Azərsun Arena"

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasında, "Zirə" Konfrans Liqasında ölkəmizi təmsil edəcək.

İdman.biz