“Gəncə” rusiyalı ilə yollarını ayırıb

Xəbərlər
2 İyul 2025 18:31
38
“Gəncə” rusiyalı ilə yollarını ayırıb

“Gəncə” legioneri ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, voleybol klubu rusiyalı blokçu Anastasiya Atepalina ilə vidalaşıb.

O, karyerasını Albaniya "Dinamo"sunda davam etdirəcək.

Atepalina əvvəllər də Albaniya liqasında çıxış edib: o, "Tirana" və "Şkenderbeu"nun şərəfini qoruyub. Daha sonra bir mövsüm Fransanın "Argenteuil VB 95" klubunun formasını geyinib.

Qeyd edək ki, cari mövsümlərarası fasilədə "Gəncə"yə braziliyalı blokçu Qrasiela Souza, amerikalı İzabel Morqan və əvvəllər "Milli Aviasiya Akademiyası"nda çıxış etmiş toppaylayıcı Marianna Abueva gəlib.

İdman.biz