Federasiya prezidenti “Murov Az Terminal”ın bazasında - FOTO

Xəbərlər
2 Avqust 2024 13:13
437
Federasiya prezidenti “Murov Az Terminal”ın bazasında - FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, baş katibi Faiq Orucov və icraçı direktor Vüqar Hüseynzadə “Murov Az Terminal” voleybol klubunun təlim-məşq bazasında olublar.

İdman.biz xəbər verir ki, bazanın fəaliyyəti ilə tanış olan qonaqlar idmançı və məşqçilərlə də görüşüblər.

“Murov Az Terminal”ın prezidenti Cavid Kərimov qonaqlara burada yaradılmış şərait barədə ətraflı məlumat verib. Daha sonra federasiya prezidenti klubun yeni təmir olunmuş trenajor zalının açılışını edib.

Qeyd edək ki, “Murov Az Terminal” Yüksək Liqa yarışları ilə yanaşı, aşağı yaş qruplarının yarışlarında da qız və oğlan komandaları ilə təmsil olunur.

İdman.biz