“Neftçi”dən "quru hesablı" məğlubiyyət

Xəbərlər
16 Aprel 2024 16:55
“Neftçi”dən "quru hesablı" məğlubiyyət

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinalın ilk oyunlarına yekun vurulub.

İdman.biz xəbər verir ki, mərhələnin ikinci oyun günündə bir matç baş tutub.

“Murov Az Terminal” və “Neftçi”nin dueli 3 set davam edib. GİN-nin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada “Murov Az Terminal” asan qələbə qazanıb - 3:0.

Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci oyunlarına sabah start veriləcək.

Kişilər, Yüksək Liqa
Yarımfinal, ilk oyun
16 aprel

15:00. “Murov Az Terminal” - “Neftçi” - 3:0 (27:25, 25:19, 25:18)
GİN-in Voleybol Mərkəzi

İdman.biz