Faiq Qarayev planlarını açıqlayıb - FOTO

Xəbərlər
29 Aprel 2024 16:01
Faiq Qarayev planlarını açıqlayıb - FOTO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasının hazırlıqlarına sabahdan start verəcək.

İdman.biz xəbər verir ki, bununla bağlı baş məşqçi Faiq Qarayev bu gün yığmanın oyunçuları, gənc voleybolçular, məşqçilər korpusu və federasiya nümayəndələri iştirakı ilə iclas keçirib.

Bildirib ki, ilkin mərhələdə fiziki və topla məşqlər olacaq. Daha sonra komanda təlim-məşq toplanışına yollanacaq, həmçinin yoxlama oyunları nəzərdə tutulub.

Qeyd edək ki, yekun heyət yaxın günlərdə dəqiqləşəcək.

İdman.biz

Məqalədə: