Azərbaycanın 18 yaşadək çimərlik voleybolçuları Latviyada təşkil edilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcəklər.
Azərbaycan Voleybol Federasiyasından (AVF) İdman.biz-a verilən məlumata görə, yarışa bu gün start veriləcək.
Riqada baş tutacaq beynəlxalq turnirdə Azərbaycanı Oqtay Qasımov - Camal Cəlilov və Məhəmməd Aslanlı - Nəriman Bayramlıdan ibarət iki komanda təmsil edəcək.
Komandaların baş məşqçisi Cəlil Baxtiozin, meneceri isə Valeriya Romanoviçdir.
Qeyd edək ki, turnir avqustun 9-da başa çatacaq.
İdman.biz