“Azərreyl”in rumıniyalı legioneri: “Biz çox güclüyük”

Müsahibə
26 Yanvar 2024 10:22
376
“Azərreyl”in rumıniyalı legioneri: “Biz çox güclüyük”

“Əla oyun oldu. Şübhəsiz ki, ilk iki hissədə məğlubiyyətdən sonra biz üçüncü setə bir az cəsarətsiz başladıq”.

İdman.biz xəbər verir ki, bunu “Azərreyl”in voleybolçusu Ana-Maria Berdila deyib.

Klubun mətbuat xidmətinə danışan 30 yaşlı rumıniyalı hücumçu X turda “Abşeron” 3:2 qalib gəldikləri matçda möhtəşəm geridönüşlərini şərh edib. O bildirib ki, qələbə gərgin məşq proseslərinin bəhrəsidir: “0:2 hesabı ilə geridə olsaq da, motivasiyamızı itirmədik, ruhdan düşmədik. Komanda olaraq böyük işin öhdəsindən gəldik. Sübut etmək istədik ki, hesabda geri olmağımıza səbəb sadəcə etdiyimiz səhvlərdir və biz çox güclüyük, sona qədər mübarizə aparırıq. Komanda yoldaşlarımı, məşqçilər heyətini təbrik etmək istəyirəm. Qazandığımız qələbə möhtəşəmdir. Bizə dəstək olan, oyunumuzu izləyən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, “Azərreyl” bu qələbədən sonra ikinci dövrəni 24 xalla lider kimi başa vurub.

İdman.biz