Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeddinci tura yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, saat 16:00-da “Murov Az Terminal” “Neftçi” ilə üz-üzə gələcək.
“Xilasedici” - “Ordu” matçı isə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.
