Bu gün 18 yaşadək voleybolçu qızlardan ibarət komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Gürcüstanın Telavi şəhərinə yola düşüb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
Bildirilib ki, Şahin Çatmanın rəhbərlik etdiyi yığmamız A qrupunda Polşa və Gürcüstan komandaları ilə qarşılaşacaq. Millimiz ilk oyununu 20 noyabr tarixində Polşa yığmasına qarşı keçirəcək.
U-18 millimizin heyəti:
Baş məşqçi: Şahin Çatma
Məşqçilər: Həmid Anvari, Zihni Türkay Taylan, Serim Birol
Oyunçular: Çinarə Rəhimova, Fatimə Əliyeva, Dilarə Ağayeva, Ulyana Kovalyova, Nuray Vahablı, Mədinə Əlibəyova, Ayan Məmmədova, Çinarə Yusubova, Fatimə Mirzəyeva, Zeynəb Quluzadə, Xədicə Hadızadə, Leyla Əliyeva, Aydan Mirzəyeva, Nəzrin Məmmədli.
Qeyd edək ki, 20-23 noyabr tarixlərində təşkil olunacaq yarış “AVRO-2026”ya seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə birbaşa vəsiqə əldə edəcək.
