İslamiada: Azərbaycanın voleybol komandası gümüş medal əldə edib

Xəbərlər
13 Noyabr 2025 17:27
39
İslamiada: Azərbaycanın voleybol komandası gümüş medal əldə edib

Qadın voleybol millimiz Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medala layiq görülüb.

İdman.Biz xəbər verir ki, final oyununda Azərbaycan millisi Türkiyə seçməsinə 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

İdman.Biz