Kişilər arasında klublararası dünya çempionatına yekun vurulub.
İdman.biz xəbər verir ki, finalda “Peruca” və “Minas” klubları üz-üzə gəliblər.
Oyunun favoriti olan İtaliya klubu asan qələbə qazanıb. “Peruca” hər 3 setdə rəqibindən güclü olub. Bürünc medal uğrunda görüşdə isə “Santori Sanbörds” gözlənilmədən “Halkbank”ı məğlub edib. Yaponiya təmsilçisi tarixində ilk dəfə dünya çempionatında mükafat qazanıb.
Qeyd edək ki, "Peruca" tarixində ikinci dəfə klublararası dünya çempionatında qələbə qazanıb. Komanda ötən ildə turnirdə birinci yeri tutub.
Klublararası dünya çempionatı
Final
Peruca (İtaliya) – Minas (Braziliya) – 3:0 (25:13, 25:21, 25:19)
3-cü yer uğrunda oyun
Santori Sanbörds (Yaponiya) – Halkbank (Türkiyə) - 3:2 (17:25, 23:25, 25:21, 25:19, 15:12)
İdman.biz