“Xilasedici” “Gənclər”ə qalib gəlib - YENİLƏNİB

Xəbərlər
30 Oktyabr 2025 17:26
118
“Xilasedici” “Gənclər”ə qalib gəlib - YENİLƏNİB

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I turdan təxirə salınan matç keçirilib.

Idman.Biz xəbər verir ki, sözügedən oyunda “Gənclər” komandası “Xilasedici” ilə üz-üzə gəlib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan oyun “Xilasedici”nin 3:0 hesablı qələbəsi ilə bitib.

09:57

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I turdan təxirə salınan matç keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Gənclər” komandası “Xilasedici” ilə üz-üzə gələcək.

Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 16:00-da start götürəcək.

İdman.Biz