“Xarı Bülbül Şuşa” ilk dəfə uduzub, “Azərreyl” lider olub - FOTO

Xəbərlər
10 Dekabr 2023 20:16
283
“Xarı Bülbül Şuşa” ilk dəfə uduzub, “Azərreyl” lider olub - FOTO

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında daha 2 oyun keçirilib.

İdman.biz xəbər verir ki, günə “Murov AZ Terminal” - “Xarı Bülbül Şuşa” matçı ilə start verilib.

Gözlənildiyi kimi, görüş gərgin mübarizə şəraitində keçib. Üç oyunda maksimum nəticə göstərən “Xarı Bülbül Şuşa” hesabda iki dəfə önə keçib. Amma “Murov AZ Terminal” əzimkar qələbə qazanaraq, rəqibə ilk məğlubiyyəti yaşadıb.

Ardınca “Azərreyl” “Xarı Bülbül Laçın”la üz-üzə gəlib. Son turda məğlubiyyətə üzülən “dəmiryolçular” bu dəfə qələbə qazanıblar. Hər üç setdə qələbə qazanan komanda 1-ci pilləyə yüksəlib.

Yüksək Liqa

10 dekabr
15:00. “Murov AZ Terminal” - “Xarı Bülbül Şuşa” - 3:2 (22:25, 25:22, 19:25, 25:16, 16:14)

GİN-in Voleybol Mərkəzi

18:00. “Azərreyl” - “Xarı Bülbül Laçın” - 3:0 (26:24, 25:20, 25:20)
GİN-in Voleybol Mərkəzi

Azərreyl

5

4

1

13-5

426-394

11

Xarı Bülbül Şuşa

4

3

1

11-6

399-353

10

Murov AZ Terminal

5

4

1

12-8

465-425

10

Xarı Bülbül Laçın

3

1

2

5-6

247-250

4

Neftçi

4

1

3

7-9

360-358

4

MOİK

5

0

5

1-15

287-404

0

İdman.biz