Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.
İdman.biz xəbər verir ki, Yüksək Liqanın növbəti matçları dekabrın 10-da keçiriləcək.
Günün ilk qarşılaşmasında “Murov AZ Terminal”la “Xarı Bülbül Şuşa”la qarşılaşacaq. Görüş saat 15:00-da başlayacaq.
Ardınca saat 18:00-da isə “Azərreyl” “Xarı Bülbül Laçın”la üz-üzə gələcək.
Qeyd edək ki, hər iki görüş GİN-in Voleybol Mərkəzində təşkil olunacaq.
İdman.biz