Braziliyanın voleybol çempionatında top uzun müddət yerə düşmədi - VİDEO

Xəbərlər
23 Oktyabr 2025 14:35
48
Braziliyanın voleybol çempionatında top uzun müddət yerə düşmədi - VİDEO

Braziliyada qadınların voleybol Super Liqasında keçirilən “SESC RJ Flamengo” - “Paulistano Barueri” oyununda top uzun müddət parketə toxunmayıb.

İdman.Biz xəbər verir ki, komandaların qarşılıqlı hücumları 97 saniyə davam edib.

Mübarizəyə “SESC RJ Flamengo”nun ABŞ-li hücumçu Simona Li son qoyub.

Simona Li həm də oyunun ən yaxşı oyunçusu seçilib. O, qarşılaşmada 24 xal toplayıb və matç 3:0 hesabı ilə “SESC RJ Flamengo”nun xeyrinə yekunlaşıb.

İdman.Biz