Yüksək Liqa: “Azərreyl” “DH Volley”ə məğlub oldu

Xəbərlər
20 Oktyabr 2025 20:29
41
Yüksək Liqa: “Azərreyl” “DH Volley”ə məğlub oldu

Bu gün qadın voleybolçuların Yüksək Liqasında II tur çərçivəsində “Azərreyl” - “DH Volley” oyunu keçirilib.

İdman.Biz bildirir ki, AVF-nin idman zalında təşkil olunan qarşılaşmada qalib tay-brekdə müəyyən olunub.

Oyunda 3:2 (23:25, 25:20, 25:11, 23:25, 15:12) hesabı ilə qalib gələn “DH Volley” çempionata qələbə ilə start verib.

Qeyd edək ki, turun növbəti oyunları 21-23 oktyabr tarixlərində keçiriləcək.

İdman.Biz