Yüksək Liqada iki oyun təxirə salındı

Xəbərlər
18 Oktyabr 2025 14:52
39
Yüksək Liqada iki oyun təxirə salındı

Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında II turun proqramı açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qadınlarda “Abşeron” – UNEC, kişilərdə isə “AZERRAIL” - “Gənclər” qarşılaşmaları Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətlərə əsasən təxirə salınıb. Bu oyunların keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək

Yüksək Liqa (qadınlar)

II tur
20 oktyabr

16:00 — “AZERRAIL” – “DH Volley”
AVF-nin idman zalı

21 oktyabr
16:00 — “Murov Az Terminal” – “Gəncə”

“Murov Az Terminal” VK-nın idman zalı

23 oktyabr
17:00 — “Turan” – “Gənclər”

AVF-nin idman zalı.

Yüksək Liqa (kişilər)
II tur
21 oktyabr
16:00 — “ORDU” – “Xilasedici”

FHN-nin idman zalı

24 oktyabr
16:00 — “Neftçi” – “Murov Az Terminal”

FHN-nin idman zalı

İdman.Biz