Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yeni mövsümünə start veriləcək.
İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 15:00-da “Neftçi” “Ordu” ilə, 17:00-da isə “Murov Az Terminal” “Azərreyl”lə qarşılaşacaq.
Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.
Xatırladaq ki, “Gənclər” – “Xilasedici” qarşılaşmasının vaxtı və məkanı sonradan açıqlanacaq.