UNEC Yüksək Liqanın gərgin oyununda qalib gəldi

Xəbərlər
15 Oktyabr 2025 18:47
38
UNEC Yüksək Liqanın gərgin oyununda qalib gəldi

Qadın voleybolçular arasında Yüksək Liqanın I turunda növbəti oyun keçirilib.

İdman.Biz xəbər verir ki, UNEC və “Milli Aviasiya Akademiyası” komandalarının qarşılaşmasında birincilər 3:2 hesablı qələbə qazanıblar.

Matç UNEC-in idman zalında baş tutub.

Qeyd edək ki, turun açılış matçında “Azərreyl” “Gəncə”yə 3:2 hesabı ilə qalib gəlmişdi.

İdman.Biz