Yığmamızın oyunçusu xəstəxanadan evə buraxılıb

Xəbərlər
7 Dekabr 2023 13:09
517
Yığmamızın oyunçusu xəstəxanadan evə buraxılıb

Azərbaycan millisinin və “Xarı Bülbül Şuşa” komandasının voleybolçusu Tural Həsənli xəstəxanadan evə buraxılıb.

İdman.biz xəbər verir ki, 33 yaşlı toppaylayıcı müalicəsinə ev şəraitində və həkim nəzarətində davam edəcək.

Dekabrın 1-də daxili qanaxma və bağırsaq partlaması səbəbi ilə əməliyyat olunan Həsənlinin artıq özünü daha yaxşı hiss etdiyi bildirilir.

Qeyd edək ki, o, “Çağırış kuboku”da “Panatiniakos”la matçdan sonra sağlamlığı ilə bağlı keçirdiyi narahatlığa görə çox kritik vəziyyətdə Bakıya çatdırılıb və birbaşa Hava Limanından xəstəxanaya aparılıb.

İdman.biz