Gürcüstanın Telavi şəhərində 18 yaşadək voleybolçu oğlanlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı start götürüb.
İdman.biz xəbər verir ki, Azərbaycan yığması ilk oyununda Polşa ilə qarşılaşıb.
Hər üç set rəqib komandanın qələbəsi ilə yekunlaşıb. İlk setdə 12:25 hesabı ilə uduzan voleybolçularımız növbəti hissələrdə 16 xal qazanıblar.
Millimiz növbəti turda Ukrayna komandası ilə qarşılaşacaq.
EEVZA çempionatı
I tur
5 dekabr
Polşa - Azərbaycan – 3:0 (25:12, 25:16, 25:16)
Qeyd edək ki, turnir 2024-cü il Avropa çempionatına seçmə xarakteri daşıyır. Yarışda birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinə vəsiqə qazanacaq.
İdman.biz