İqa Şvyontekdən Uimbildonda ilk, karyerasında 6-cı qələbə

Xəbərlər
12 İyul 2025 20:36
33
İqa Şvyontekdən Uimbildonda ilk, karyerasında 6-cı qələbə

Uimbildon Open-də qadınların mübarizəsində finalçı matçı keçirilib.

İdman.biz xəbər verir ki, mövsümün 3-cü "Böyük Dəbilqə" turnirinin həlledici matçında İqa Şvyontek (Polşa) və Amanda Anisimova (ABŞ) qarşılaşıb.

Görüşdə gözlənilən mübarizə qeydə alınmayıb. Polşalı raketka ustası hər iki setdə 6:0 hesabı ilə qalib gəlib. Bu, Şvyontekin karyerasında "Böyük Dəbilqə" yarışlarında 6-ci, Uimbildon Open-də isə ilk qələbəsi olub. Bundan əvvəl İqa dörd dəfə Rolan Qarrosda, bir dəfə isə US Open-də bütün rəqiblərinə qalib gəlib.

Anisimova isə ilk böyük finalında ağır məğlubiyyət alıb.

Qeyd edək ki, kişilər arasında final görüşü sabah keçiriləcək.

Uimbildon Open-2025
Final
12 iyul

Amanda Anisimova (ABŞ) - İqa Şvyontek (Polşa) - 0:2 (0:6, 0:6)

İdman.biz