Mövsümün 3-cü "Böyük Dəbilqə"sində kişilərin yarışında da finalçılar bəlli olub.
İdman.biz xəbər verir ki, Uimbildon Open-2025-in həlledici matçında Karlos Alkarasla Yanik Sinner üz-üzə gələcək.
İlk yarımfinalda ispaniyalı tennisçi amerikalı həmkarını mübarizədən kənarlaşıdırıb. Oyun 4 set davam edib - 6:4, 5:7, 6:3, 7:6 (8:6).
Dünya reytinqinə başçılıq edən Sinner isə Novak Cokoviçlə qarşılaşıb. İtaliyalı tennisçi hər 3 setdə güclü olub - 6:3, 6:3, 6:4.
Qeyd edək ki, Alkarasla Sinner bir neçə ay əvvəl Rolan Qarrosun finalında üz-üzə gəlib və ispaniyalı raketka ustası geridönüş edərək, 3:2 hesabı ilə qalib gəlib.
Uimbildon Open-2025
Yarımfinal
Kişilər
11 iyul
Karlos Alkaras (İspaniya) - Teylor Frits (ABŞ) - 3:1 (6:4, 5:7, 6:3, 7:6 (8:6))
Yannik Sinner (İtaliya) - Novak Cokoviç (Serbiya) - 3:0 (6:3, 6:3, 6:4)
Final
13 iyul
Karlos Alkaras (İspaniya) - Yannik Sinner (İtaliya)
İdman.biz