Azərbaycan yığması “Billie Jean King Cup”da 9-cu olub

Xəbərlər
21 İyun 2025 01:54
68
Azərbaycan yığması “Billie Jean King Cup”da 9-cu olub

Azərbaycan yığması “Billie Jean King Cup” tennis turnirində çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, Moldovada keçirilən III qrup yarışlarında millimiz 9-cu yeri tutub.

Qrup mərhələsini 3-cü pillədə başa vuran tennisçilərimiz 7-9-cu yerlər uğrunda oyunlarda mübarizə aparıblar. Monteneqroya 0:2, Andorraya isə 1:2 hesabı ilə uduzan yığmamız yarışı 9-cu pillədə tamamlayıb.

Qeyd edək ki, komandamız turnirdə yeganə qələbəsini qrup mərhələsində Albaniya üzərində qazanıb.

İdman.biz