Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
5 saat 29 dəqiqə davam edən final - REKORD - İdman və Biz

5 saat 29 dəqiqə davam edən final - REKORD

Xəbərlər
9 İyun 2025 00:16
286
5 saat 29 dəqiqə davam edən final - REKORD

Yannik Sinner və Karlos Alkarasın qarşılaşması Roland-Garros (French Open) tennis turnirinin ən uzun çəkən finalı olub.

İdman.biz xəbər verir ki, 5 saat 29 dəqiqə davam edən oyun Alkarasın qələbəsi ilə yekunlaşıb - 4:6, 6:7(4), 6:4, 7:6(3), 7:6(10-2).

Bu matç 1982-ci ildə müəyyənləşən əvvəlki rekordu yeniləyib: o vaxt Mats Vilander və Gilyermo Vilas arasındakı final 4 saat 42 dəqiqə davam edib.

İdman.biz