Novak Cokoviçin yubiley titulu - 100-ə çatan üçüncü tennisçi

Xəbərlər
25 May 2025 01:52
46
Novak Cokoviçin yubiley titulu - 100-ə çatan üçüncü tennisçi

Serbiyalı tennisçi Novak Cokoviç karyerasında 100-cü titulunu qazanıb.

İdman.biz xəbər verir ki, 37 yaşlı raketka ustası Cenevrədə keçiriliən ATP-250 yarışında qalib olub.

O, həlledici oyunda polşalı Hubert Hurkaça 3 setdə qalib gəlib. İlk setdə uduzan Cokoviç növbəti iki setdə taybrekdə rəqibini məğlub edib - 5:7, 7:6 (7:2), 7:6 (7:2).

Novak tennisdə 100 titul qazanan 3-cü tennisçi ünvanına sahib çıxıb. O, sıralamada Cimmi Konnors (109) və Rojer Federerdən (103) geri qalır.

Qeyd edək ki, serbiyalı "Böyük Dəbilqə" yarışlarının 24 qat qalibidir.

İdman.biz