Cek Dreyper US Open-2026-da iştirak etməyəcək

22 Avqust 2026 04:35
101
Cek Dreyper US Open-2026-da iştirak etməyəcək

Böyük Britaniyanın tennisçisi Cek Dreyper US Open-2026-da iştirak etməyəcək.

İdman.Biz xəbər verir ki, ATP reytinqində 148-ci pillədə qərarlaşan 24 yaşlı idmançının sol əlindəki zədə yenidən kəskinləşib. Dreyper bir müddətdir həmin nahiyədə sümük əzilməsi problemi ilə mübarizə aparır.

Britaniyalı tennisçi bu il keçirilən dörd “Böyük Dəbilqə” turnirinin hamısını buraxıb. O, 2025-ci ilin ikinci yarısından etibarən sol əlindəki zədənin təkrarlanması səbəbindən bir sıra yarışlarda iştirak edə bilməyib.

Dreyper son 12 ay ərzində cəmi 14 oyun keçirib.

Qeyd edək ki, britaniyalı tennisçi ötən il də eyni zədə səbəbindən US Open-in ikinci turu öncəsi turnirdən çəkilmişdi.

US Open-2026-da ATP reytinqinin lideri italiyalı Yannik Sinner də iştirak etməyəcək.

İdman.Biz