Dördqat “Böyük Dəbilqə” çempionu və dünya ikincisi, italyan tennisçi Yannik Sinner, dünya reytinqi uğrunda mübarizəyə yanaşmasından danışıb.
İdman.Biz bildirir ki, o, bu mübarizəni ispaniyalı Karlos Alkarasla aparır.
"Dünya reytinqində birinci yer məni xüsusilə motivasiya etmir. Buraya [Monte Karlo Masters-ə] özümü kifayət qədər sərbəst hiss edərək gəlmişdim. Nəticədən asılı olmayaraq, özümə əlavə təzyiq göstərmək istəmirəm. Nəticədə, reytinqdə birinci yer vacibdir, eyni zamanda, hələ heç nə qazanmadığım bu sahədə nəticələrimi yaxşılaşdırmaq mənim üçün daha vacibdir. Keçən il çox yaxın idim, amma bu, yeni hisslərlə dolu yeni ildir”, - deyə “Punto de Break” Sinnerin sözlərini sitat gətirib.
