Kortda toy məşqi: Arina Sabalenka hər kəsi təəccübləndirib - FOTO

12 Mart 2026 17:43
63
Kortda toy məşqi: Arina Sabalenka hər kəsi təəccübləndirib - FOTO

Dünya şöhrətli tennisçi Arina Sabalenka ABŞ-nin Kaliforniya ştatında keçirilən İndian-Uells turnirində (WTA 1000) hər kəsin diqqətini çəkən hərəkətə imza atıb. O, məşq zamanı gəlinlik fatası taxaraq “toy mərasimi”nə hazırlıq keçib və simvolik olaraq gəlin buketini azarkeşlərə atıb.

İdman.Biz xəbər verir ki, bu maraqlı hadisə tennisçinin braziliyalı iş adamı Georqios Franqulis ilə nişanlanmasından bir neçə gün sonra baş verib. Sabalenka martın 3-də hovuz kənarında, qızılgüllərlə bəzədilmiş romantik mühitdə evlilik təklifi alıb.

Ulduz tennisçi məşqlərdə və oyunlarda 12 karatlıq nəhəng brilyant qaşlı nişan üzüyünü nümayiş etdirməkdən də çəkinmir. O, zarafatla bildirib ki, üzüyün parıltısı rəqiblərinin diqqətini yayındıraraq ona üstünlük qazandıra bilər.

Qeyd edək ki, Sabalenka İndian-Uells turnirinin 1/4 final mərhələsində Kanadanın 19 yaşlı istedadı Viktoriya Mboko ilə qarşılaşacaq. Tennisçilər arasında keçirilən yeganə əvvəlki görüşdə (Avstraliya Açıq - 2026) belaruslu idmançı qalib gəlib.

İdman.Biz