Tennisçi “Australian Open”nin kortunu əlil arabasında tərk etdi - VİDEO

Xəbərlər
19 Yanvar 2026 13:37
58
Tennisçi “Australian Open”nin kortunu əlil arabasında tərk etdi - VİDEO

Dünya reytinqində 127-ci pillədə qərarlaşan kanadalı tennisçi Marina Stakuşiç “Australian Open”nin birinci mərhələsində avstraliyalı Prissilla Honla oyunu yarımçıq dayandırıb.

İdman.Biz xəbər verir ki, üçüncü setdə hesab 3:5 olarkən əzləsində qıcolma yaşayan tennisçi korta yıxılıb və yalnız həkimlərin köməyi ilə meydanı tərk edə bilib.

Qarşılaşma Avstraliyalı Honun xeyrinə - 1:6, 6:4, 5:3 hesabı ilə başa çatıb.

İdman.Biz