Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın birinci raketkası, belaruslu tennisçi Arina Sabalenka, italiyalı Yannik Sinnerə qarşı dopinq işi ilə bağlı danışıb.
İdman.Biz-in xəbərinə görə o, qeyd edib ki, bütün oyunçulara antidopinq qaydalarını pozduqda bərabər münasibət göstərilməlidir.
“Biz həqiqətdə nə baş verdiyini bilmirik. Mən təmiz idmana inanıram və inanıram ki, hər kəs eyni dərəcədə mühakimə olunmalıdır. Amma eyni zamanda, düzünü desəm, düşünmürəm ki, qanunsuz bir şey olub. Öz tərəfimdən çox ehtiyatlı olmağa və bir neçə hadisədən sonra özümü qorumağa çalışıram, çünki sadəcə restoranda bir şey yeyib müsbət test nəticəsi ala bilərsiniz”, - Sabalenka jurnalist Pirs Morqana verdiyi müsahibədə bildirib.
Sinner dopinq nümunəsində klostebol metabolitinin aşkarlanmasından sonra 2025-ci il mövsümündən kənarlaşdırılıb. İtaliyalı üç aylıq diskvalifikasiya alıb və bu müddət 4 may 2025-ci ildə başa çatıb.
