Kori Qauff “Mercedes-Benz”in qlobal səfiri olub - FOTO

Xəbərlər
8 Dekabr 2025 23:40
43
Kori Qauff “Mercedes-Benz”in qlobal səfiri olub - FOTO

Dünyanın üçüncü raketkası, amerikalı tennisçi Kori Qauff “Mercedes-Benz”in qlobal səfiri olub.

İdman.Biz bildirir ki, təşkilatın mətbuat xidməti idmançının məşhur alman avtomobil brendi ilə tərəfdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.

Qauff “Forbes” jurnalının “30-a qədər 30” siyahısına daxil edilib. Bu siyahıda hər il 20 kateqoriyanın hər birində 30 yaşa qədər 30 görkəmli şəxs mükafatlandırılır. 21 yaşlı Qauffun iki “Böyük Dəbilqə” titulu var. Amerikalı tennisçi 2025-ci ildə “Rolan Qarros”, 2023-cü ildə isə ABŞ Açıq Çempionatının qalibi olub.

İdman.Biz