Arina Sabalenka: “İnsanlara “yox deyə bilmirəm, bu mənim problemimdir”

Xəbərlər
14 Noyabr 2025 04:16
21
Arina Sabalenka: “İnsanlara “yox deyə bilmirəm, bu mənim problemimdir”

Dördqat “Böyük Dəbilqə” qalibi və dünyanın birinci raketkası, belaruslu tennisçi Arina Sabalenka xarakter xüsusiyyətlərindən birini açıqlayıb.

İdman.Biz bildirir ki, tennisçi kömək üçün ona uzadılan əli heç vaxt geri qaytarmadığını bildirib.

“Mən sadəcə “yox” deyə bilməyən insanam. Bu, mənim və ailəmin problemidir. Çox güman ki, irsi bir problemdir. Məsələn, kimsə yanıma gəlib lap həyasızcasına kömək istəsə, kömək edərəm. “Yox”" deyə bilmirəm. Amma belə vaxtlarda komandam bəzən müdaxilə edir: “Bizimlə əlaqə saxlayın, bizə yazın”. Komanda bunun əsas yükünü öz üzərinə götürür, çünki mən insanlara “yox” deyə bilmirəm. Mən hər kəsə kömək etməyə hazır olan insanam”, - Sabalenka deyib.

İdman.Biz