Yannik Sinner yenidən dünyanın bir nömrəli tennisçisi olacaq

Xəbərlər
3 Noyabr 2025 08:33
40
Yannik Sinner yenidən dünyanın bir nömrəli tennisçisi olacaq

Dördqat “Böyük Dəbilqə” çempionu, italiyalı tennisçi Yannik Sinner bu gün rəsmi olaraq yenidən dünyanın birinci raketkası olacaq.

İdman.Biz xəbər verir ki, Parisdə keçirilən “Masters” turnirində qazandığı qələbədən sonra o, reytinqdə altıqat “Böyük Dəbilqə” qalibi ispaniyalı Karlos Alkarası geridə qoyub.

Turnirin finalında Sinner reytinqin 10-cusu, kanadalı Feliks Oje-Alyassimi 6:4, 7:6 (7:4) hesabı ilə məğlub edib. Bu, Sinnerin karyerasında 23-cü, cari mövsümdə isə 5-ci tituludur.

O, bu il həmçinin Vyana, Pekin, Uimbldon və "Australian Open" turnirlərində də çempion olub.

Qeyd edək ki, Sinner "US Open"də titulunu qoruyub saxlaya bilmədiyi üçün reytinqdə ikinci yerə enmişdi.

İdman.Biz