Dördqat “Böyük Dəbilqə” çempionu və birinci raketka, belaruslu tennisçi Arina Sabalenka 2025-ci il mövsümünü dünyanın bir nömrəli tennisçisi kimi başa vurduğuna görə kubok alıb.
İdman.Biz bildirir ki, mükafatlandırma mərasimi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 2025-ci il WTA finalları başlamazdan əvvəl baş tutub.
Sabalenka finalda bütün qrup mərhələsi oyunlarını uduzsa belə, 2025-ci ili dünyanın bir nömrəli tennisçisi kimi başa vuracaq. Altıqat “Böyük Dəbilqə” çempionu, polşalı İqa Şventek ikinci yerdə qalacaq.
Bu mövsüm Arina Sabalenka “US Open”də, Mayami və Madrid şəhərlərində keçirilən “ATP 1000” turnirlərində və Brisbendə (Avstraliya) keçirilən “ATP 500” yarışında qalib gəlib.
