Sinnerə qızıl raketka hədiyyə olunub - FOTO

Xəbərlər
19 Oktyabr 2025 08:15
34
Sinnerə qızıl raketka hədiyyə olunub - FOTO

İtaliyalı tennisçi, dünyanın ikincisi raketkası Yannik Sinnerə “Six Kings Slam” turnirinin qalibi olduğu üçün qızıl raketka hədiyyə ediblər.

İdman.Biz bildirir ki, oktyabrın 18-də italyan final görüşündə ispaniyalı Karlos Alkarası 6:2, 6:4 hesabı ilə məğlub edib.

Sinner qalibiyyətinə və sərgi turnirində iştirakına görə 6 milyon dollar, o cümlədən son qələbəsinə görə 4,5 milyon dollar və matçlarda iştirakına görə 1,5 milyon dollar alacaq.

İdman.Biz