Azərbaycan çempionatına 130 idmançı qatılacaq

Xəbərlər
1 Sentyabr 2025 16:48
44
Azərbaycan çempionatına 130 idmançı qatılacaq

Taekvondo üzrə yeniyetmələr, gənclər, böyüklər arasında Azərbaycan birinciliyi və çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda 22 klubdan 130 idmançı 12–14 (2011–2013), 15–17 (2008–2010) və 18–30 (1995–2007) yaş kateqoriyaları üzrə fərdi və üçlük proqramında mübarizə aparacaqlar.

Turnir Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda baş tutacaq.

Qeyd edək ki, sentyabrın 2-də, saat 10:00 başlayacaq yarışın açılış mərasimi 15.00-da baş tutacaq.

İdman.biz