Azərbaycan taekvondoçusu bürünc qazanıb

Xəbərlər
26 İyul 2025 02:00
49
Azərbaycan taekvondoçusu bürünc qazanıb

Şimali Makedoniyada keçirilən Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması hesabına növbəti medalı yazdırıb.

Taekvondo yarışlarında Yunis Hüseynov fərqlənib. 73 kq çəki dərəcəsində yarışan idmançımız bürünc medal qazanıb.

Qeyd edək ki, ölkəmiz Skopye-2025-də qazandığı 10-cu (3 qızıl, 3 gümüş, 4 bürünc) medala sahib çıxıb.

İdman.biz