Universiada: Daha 3 taekvondoçumuzdan erkən vida

Xəbərlər
22 İyul 2025 15:18
88
Universiada: Daha 3 taekvondoçumuzdan erkən vida

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada Azərbaycan taekvondoçuları çıxışlarını davam etdirirlər.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, növbəti yarış günündə üç idmançımız mübarizəyə başlayıb və günü medalsız başa vurublar.

Fuad Təhməzov (63 kq) qələbə ilə start götürüb. O, slovakiyalı Matey Horvata qalib gəlsə də, 1/8 finalda Natan Jilə (Fransa) uduzub.

Eltac Qafarov (87 kq) startda macarıstanlı Kelen Baileyi mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda Artyom Harbarla (Ukrayna) bacarmayıb.

Məryəm Məmmədova (53 kq) isə 1/16 finalda tailandlı Çutikan Conqkolratanavanata səddini keçə bilməyib.

Zəki Feyzullayev
İdman.biz