Universiada: Taekvondoçularımız günü medalsız bitiriblər

Xəbərlər
21 İyul 2025 13:53
76
Universiada: Taekvondoçularımız günü medalsız bitiriblər

Azərbaycan taekvondoçuları Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Universiadasında mübarizəni davam etdirir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün dayanqa millimizin 3 idmançısı çıxıb və yarışla medalsız vidalaşıblar.

Nicat İsmayılzadə (74 kq) Elia Porşaya (Almaniya) qalib gəlsə də, 1/8 finalda Yi Jui Çiuyə (Çin Taypeyi) uduzub.

Nərgiz Kazımova (62 kq) startda Elza Sekanelə (İspaniya) məğlub olub.

Həmidrza Bədriəliabadi (+87 kq) ilk görüşündə Brayan Çoini (ABŞ) mübarizədən kənarlaşdırıb. Lakin o, 1/4 finalda özbəkistanlı Marat Mavlonovla bacarmayıb.

Zəki Feyzullayev
İdman.biz