Qaşım Maqomedov əməliyyət olunub: “Tezliklə dayanqa qayıdacam”

Xəbərlər
22 May 2025 13:16
63
Qaşım Maqomedov əməliyyət olunub: “Tezliklə dayanqa qayıdacam”

Azərbaycan taekvandoçusu Qaşım Maqomedovun (58 kq) səhhətində problem yaranıb.

Bu barədə İdman.biz-ə Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısının özü məlumat verib.

Bildirib ki, bir gün öncə körpücük sümüyündən əməliyyat olunub və bu, uğurla başa çatıb: “Hazırda özümü yaxşı hiss edirəm. Müalicəmi artıq bu gündən evdə davam etdirəcəm”.

Maqomedov tezliklə bərpa olunacağını və dayanqa qayıdacağını da vurğulayıb.

Aytac Sahəd
İdman.biz